Polis zabiti qəzada öldü - Sabirabadda

Polis zabiti qəzada öldü -  Sabirabadda

Sabirabadda polis mayoru avtomobil qəzasında ölüb.

 APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində baş verib.

 
Siyəzən polis şöbəsinin istintaq bölməsinin rəisi, 1961-ci il təvəllüdlü Məmiyev Əlibaxış Məhəmməd oğlu özünə məxsus avtomobillə qəzaya düşüb. Ə.Məmiyevin avtomobilin aşması nəticəsində hadisə yerində öldüyü bildirilir.
 
Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır. 

Xəbər 683 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR