Piyadanı vuran sürücü - Hadisə yerindən qaçdı

Piyadanı vuran sürücü   - Hadisə yerindən qaçdı

Şirvan şəhərində piydanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 18.00 radələrində Heydər Əliyev prospektində qeydə alınıb.

Şəhər sakini, həmin ünvanda yaşayan 1949-cu il təvəllüdlü Soltanova İntizar Məhəmməd qızı naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb.

Açıq kəllə-beyin travması, çoxsaylı sınıq xəsarətləri alan qadın Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

Hazırda naməlum avtomobilin və sürücünün axtarışları davam etdirilir. 

Aktual.az

Xəbər 405 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR