Çoxmərtəbəli yaşayış binasında yanğın - Sakinləri təxliyə olundu

Çoxmərtəbəli yaşayış binasında yanğın   - Sakinləri təxliyə olundu

Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.


Aktual.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 30 kv.m olan 1 otaqlı mənzildə televizor, kondisioner və dəhlizin tavanı 6 kv.m sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər 563 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR