Çoxmərtəbəli yaşayış binasında yanğın baş verdi - Bakıda

Çoxmərtəbəli yaşayış binasında yanğın baş verdi   - Bakıda

Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Aktual.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 82 kv.m olan 2 otaqlı mənzilin eyvanında 0.5 kv.m sahəyə yığılan divar kağızı yanıb. 

Yüksək temperaturdan eyvanın lambirdən ibarət tavanı 1 kv.m sahədə əriyib. 

Mənzil yanğından mühafizə olunub. 

Yanğın saat 23:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Xəbər 454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR