Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib

Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib

Araşdırma aparılır.

Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında Qaraməryəm-İsmayıllı –Şəki magistral yolunun Oğuz rayonu Sincan kəndi ərazisindən keçən hissəsində baş verib.
 
Şəki şəhər sakini, 1975-ci il təvəllüdlü İlqar İlyas oğlu  İlyaslı idarə etdiyi “Chery” markalı 90-KR-371 dövlət nömrə nişanlı  minik avtomobillə ilə İsmayıllı rayonu istiqamətində hərəkətdə olarkən  idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. 
 
Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan İlyas İlqarlı Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.
 
Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Aktual.az

Xəbər 479 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR