Obama prezidentlik dövrünün ən böyük peşmanlığı barədə danışdı

Obama prezidentlik dövrünün ən böyük peşmanlığı barədə danışdı

ABŞ prezidenti Barak Obama odlu silah üzərində sərt nəzarətin qanuni cəhətdən möhkəmləndirilməsinin mümkün olmamasını ölkə başçısı postunda olduğu müddətin ən böyük peşmanlığı adlandırıb.

Aktual.az trend-ə istinadən xəbər verir ki, BBC teleşirkətinə verdiyi müsahibədə B.Obama amerikalıları dünyanın ən qabaqcıl xalqlarından biri adlandırıb: “Bununla belə, odlu silahların təhlükəsizliyi ilə bağlı sağlam məntiqə cavab verən qanunlarımız yoxdur. 11 sentyabr hadisələrindən sonra terroristlər tərəfindən öldürülən amerikalıların sayına baxsaq, bu göstəricinin 100-dən aşağı olduğunu görəcəksiniz. Odlu silahdan qətlə yetirilənlərin sayına baxsaq, onların sayı 100 mini ötür”.

ABŞ prezidenti 2012-ci il Konnektikutdakı məktəbdə 26 insanın ölümünə səbəb olan kütləvi qətldən sonra odlu silah üzərində nəzarəti genişləndirmək istəsə də, konqres buna qarşı çıxmışdı.

Xəbər 665 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR