Nişanlı qızın sirli ölümü: son mesajda nə yazılmışdı?

Nişanlı qızın sirli ölümü:   son mesajda nə yazılmışdı?

Göygöl rayonunda nişanlı qızın müəmmalı intiharının səbəbi  çözülür.

Rayonun Üçtəpə kəndində 22 yaşlıXəyalə Mirzəyevanın özünü asması ilə bağlı istintaqçılar maraqlı faktın üzərində işləyirlər. 

Mərhumun yaxınları Milli.Az-a bildiriblər ki, X.Mirzəyevanın babasının evində qonaqlıq olub. Sonra hansısa əşya üçün öz evlərinə gəlməli olub. Geri dönməməsindən narahat olan valideynləri evə gələndə Xəyalənin özünü asdığını görüblər. 

Nişanlı X.Mirzəyevanın özünü öldürməsinin dəqiq səbəbi bilinməsə də, ilkin ehtimala görə, onun intiharına nişanlısından gələn sms səbəb olub. Xəyalə nişanlısından mesaj alandan sonra özünü öldürüb. Hazırda mərhumun mobil telefonu müstəntiq tərəfindən götürülüb. 

Məsələ ilə bağlı Göygöl rayon Prokurorluğundan münasibət öyrənmək mümkün olmadı. 

Xəbər 12241 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR