Nişandan qayıdan ailə dəhşətli qəzaya düşdü - 1 ölü, 4 yaralı

Nişandan qayıdan ailə dəhşətli qəzaya düşdü   - 1 ölü, 4 yaralı

Yevlax rayonunda ağır yol qəzası baş verib.

Aktual.az Lent.az-a istinadən xəbər verir ki, saat 23 radələrində Yevlax-Aran-Mingəçevir yolunun 2-ci kilometrliyində "Mercedes" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobildə olan şəxslərdən 1989-cu il təvəllüdlü Mirzəyev Orxan Əvəz oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qəzada yaralanan şəxslərdən ikisi 8-10 yaşlı uşaqlardır.

Bildirilir ki, ailə üzvləri nişan mərasimindən Mingəçevirə qayıdarkən qəzaya düşüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 492 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR