Niderlandın Baş naziri Rob Yetten Avropa İttifaqının (Aİ) liderlərini Ukraynaya dəstəyi gücləndirməyə çağırıb.
Aktual.az-ın verdiyi xəbərə görə, o, bunu Aİ Şurasının ikigünlük iclasında jurnalistlərə bəyan edib.
"Bütün Avropa liderlərini maliyyə, hərbi və digər sahələrdə dəstəyi gücləndirməyə çağırıram. Çünki bir çox Avropa ölkəsi Ukraynaya kifayət qədər yardım göstərmir. Ukraynanın bu mənasız müharibədə qalib gəlməsini təmin etmək üçün səylərimizi artırmalıyıq", – Baş nazir bəyan edib.
Xəbər 24 dəfə oxunub.