Nəsimi rayonunda termometr həyəcanı

Nəsimi rayonunda termometr həyəcanı

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə termometr sınması barədə müraciət dail olub. 

 Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, cihazın sınması nəticəsində onun daxilindəki civə ətrafa dağılıb. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.

Əməliyyat saat 11:10-da başa çatıb.

 Aktual.az

Xəbər 498 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR