"Neft nəhənglərinin rəhbərləri açıqlamışdılar ki,..." İlham Şaban


"Hələki qiymət sabitdir. 67 dollar ətrafında qərarlaşıb. Faktiki olaraq 2-ci rübün əvvəlindən belə stabillik olmamışdır. Təqribən 57-68 dollar arasında qiymət dəyişikliyi olurdu. Əslində bu bazar üçün yaxşı tendensiyadır. Alıcılar və satıcılıar üçün bir qiymət ətrafında planlar qurmaq daha yaxşıdır, nəinki bir neçə dəfə qiymət dəyişikliyi şəraitində biznesi risqlə üz-üzə qoymaq". 

Aktual.az xəbər verir ki, bu fikirləri Ölkə.az-a dünya bazarında neftin qiymətindəki dəyişikliklər barədə danışarkən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

Onun sözlərinə görə, qiymətlərin qalxmasında da əsas faktor Amerika amilidir: 

"Neftin qiymətinin aşağı düşəməsində Amerika əsas aparıcı rol oyadığı kimi, qiymətlərin artmasında bir nömrəli faktor Amerika amilidir. Çünki Amerikada aprel ayının sonlarından etibarən şist yataqlarındakı quyuların sayı azaldı. O yataqlar ki, orada hasilat qeyri-rentabelli idi. Bu quyular bağlandı. Amerikada neft ehtiyatları hələ də stabil olaraq qalır. Aprel ayında Yemənlə bağlı hərbi əməliyyatlar var idisə, hazırda bu əməliyyatların səngiməsi, siyasi ab-havanın aşağı düşməsi müşahidə edilir. Bu da qiymət dəyişməsinə səbəb olan amillərdəndir. Avropa ölkələrinin iqtisadiyyatındakı zəifləmə, neftə olan tələbatın azalması fonunda 70 dollar hazırki dünya bazarı üçün komfortlu bir rəqəmdir. Hansı ki, ötən ilin sonlarıda Davos İqtisadi Forumunda bir sıra neft nəhənglərinin rəhbərləri açıqlamışdılar neftin qiyməti 70 dollar olacaq". 

Ekspert bazardakı vəziyyətin gələcək taleyindən də danışıb: 

"İyunun 30-da İran sanksiyaların götürülməsi ilə bağlı bazara neft çıxaracaq. Bu müəyyən tendensiyaları ortaya qoya bilər. İlk dövrdə informativ və psixoloji faktorların təsirləri nəticəsində neft ucuzlaşmağa başlayacaq. Sonradan bazar özü bunu tənzimləməlidir. Prosesin nə qədər müddət çəkəcəyi hələki bilinmir. Bu rəqiblərin siyasi və iqtisadi amillərdən bir-birlərinə qarşı necə istifadə edəcəyindən asılıdır".

Aktual.az

Xəbər 900 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR