Naxçıvanın İqtisadiyyat Nazirliyində vəzifə təyinatları olub

Naxçıvanın İqtisadiyyat Nazirliyində vəzifə təyinatları olub

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində vəzifə təyinatları olub.
Aktual.az-ın yerli bürosu xəbər verir ki, bununla bağlı Ali Məclis sədrinin müavini Anar İbrahimov sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, Anar İbrahimov İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini təyin edilib, xidmətə rəis təyin olunana qədər həmin vəzifənin müvəqqəti icrası ona həvalə olunub, Müslüm Cabbarzadə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini təyin edilib, xidmətə rəis təyin olunana qədər həmin vəzifənin müvəqqəti icrası ona həvalə olunub, Seymur Cəfərov isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini təyin edilib, xidmətə rəis təyin olunana qədər həmin vəzifənin müvəqqəti icrası ona həvalə olunub.

Xəbər 244 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR