Nardaranda təmir-tikinti işləri zamanı fəhlə öldü

Nardaranda  təmir-tikinti işləri zamanı fəhlə öldü

Nardaran qəsəbəsi ərazisində aparılan təmir-tikinti işləri zamanı Şərur rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

Aktual.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 7-də Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində aparılan təmir-tikinti işləri zamanı Şərur rayon sakini Pərviz Əliyev “CSB” markalı traktorla manevr edərkən traktorun kovşu orada fəhlə işləyən Bakı şəhər sakini Araz Hümbətova dəyib. A.Hümbətov xəstəxanaya yerləşdirilib və orada ölüb.

Araşdırma aparılır.

Xəbər 414 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR