Nardaranda silah-sursat tapıldı

Nardaranda silah-sursat tapıldı

Qəsəbədə yaşayan şəxsin evində qumbara da aşkar olunub

Nardaran qəsəbəsində yaşayan şəxsin evindən qumbara tapılıb.
Aktual.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Əli Əliyevin evindən “F-1” qumbarası və 3,95 qram heroin aşkar edilərək götürülüb.

Bundan başqa polis əməkdaşları tərəfindən Nardaran qəsəbəsi ərazisindən içərisində “AKS” markalı silah, 39 ədəd patron və patron darağı olan kisə tapılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər 480 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR