Yanvarın sonunda Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinlərinin İcevan-Qazax sərhədində görüşü kifayət qədər uzun çəkdi, çoxsaylı məsələlər müzakirə olundu, lakin tərəflər detalları açıqlamır.
Aktual.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentdə hökumət saatında Baş nazirin müavini Mger Qriqoryan deyib.
O qeyd edib ki, məlumat yalnız görüş faktı ilə məhdudlaşıb.
Komissiyalar hər iki tərəfin press-reliz ölçüsünə uyğun reqlament çərçivəsində məlumat verməsi qaydalarını təsdiqləyib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların altıncı iclası 31 yanvarda keçirilib. Görüşdə Azərbaycan heyətinə Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə bu ölkənin Baş nazirinin müavini Mger Qriqoryan rəhbərlik edib.
Xəbər 576 dəfə oxunub.