Müdafiə Nazirliyinin sabiq idarə rəisi dünyasını dəyişdi

Müdafiə Nazirliyinin sabiq idarə rəisi dünyasını dəyişdi

Azərbaycan Müdafiə Nazirliyinin (MN) İşlər İdarəsinin sabiq rəisi, polkovnik Azad Əsədov dünyasını dəyişib.

Aktual.az xəbər verir ki, bu barədə Report-a onun yaxınları məlumat verib.

A.Əsədov 59 yaşında vəfat edib.

Polkovnik Bakıdakı qəbiristanlıqlardan birində torpağa tapşırılıb. Dəfn mərasimində MN-in nümayəndələri və mərhumun yaxınları iştirak edib.

Qeyd edək ki, A.Əsədov 1956-cı il yanvarın 2-də Lənkəran rayonunda anadan olub. O, MN-in İşlər İdarəsinin rəisi vəzifəsinə 2013-cü ildə təyin edilmişdi. Polkovnik xəstəliyi ilə əlaqədar bu il öz xahişi ilə vəzifəsindən azad edilib.

Allah rəhmət eləsin!

Xəbər 644 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR