Motosikletlə 2 qadını vurdu, biri öldü

Motosikletlə 2 qadını vurdu, biri öldü

Neftçalada baş verən qəzada 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Aktual.Az report-a istinadən xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində rayonun Xolqaraqaşlı kəndində baş verib. Həmin kəndin sakini, 33 yaşlı Şahpələng Adil oğlu Muradov idarə etdiyi motosikletlə yolda gedən həmkəndliləri - 48 yaşlı Yeganə Əzizağa qızı Təhməzova və 46 yaşlı Güldəstə Ədalət qızı Zeynalovanı vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, yaralılardan biri, Yeganə Təhməzovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər 404 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR