Motosiklet 2 nəfəri vurdu - 1nəfər öldü

Motosiklet 2 nəfəri vurdu   - 1nəfər öldü

Neftçala rayonunda “MT-1” markalı motosikletlə iki rayon sakini vurulub.


Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 4-də saat 16 radələrində Neftçala rayonunun Xolqaraqaşlı kəndində kənd sakini Murad Şahpələngov idarə etdiyi “MT-1” markalı motosikletlə yolu keçən həmkəndliləri Güldəstə Zeynalovanı və Yeganə Təhməzovanı vurub. Nəticədə hər iki piyada xəstəxanaya yerləşdirilib, Y.Təhməzova orada ölüb.

Neftçala RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər 366 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR