Moskvada Azərbaycan vətəndaşının meyiti tapılıb

Moskvada Azərbaycan vətəndaşının meyiti tapılıb

 Rusiyanın paytaxtı Moskva şəhərinin Vixino rayonunda ərzaq mağazasının qarşısında Azərbaycan vətəndaşı, 1966-cı il təvəllüdlü Orucov Qaribin meyiti tapılıb.


"Report”un Rusiya bürosunun məlumatına görə, ölüm hadisəsinin dünən gecə azərbaycanlılarla çeçenlər arasında baş vermiş insidentdən qaynaqlandığı bildirilir.

Qeyd edək ki, Moskvanın Peçatniki rayonunun Kuryanova küçəsi, ev 28 ünvanında, azərbaycanlılara məxsus "Neolit" kafesində fevralın 14-ü saat 23:00 radələrində atışma baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, silahlanmış 40-50 nəfərdən ibarət bir qrup çeçen "Neolit" kafesinə hücüm edib. Hadisənin səbəbi Azərbaycan millətini təhqir edən Əlixan adlı çeçenin azərbaycanlılar tərəfindən tapılaraq Azərbaycan xalqından üzr istədilməsidir.

Xəbər 450 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR