Mingəçevirdə 34 yaşlı kişi naməlum şəraitdə bıçaqlandı

Mingəçevirdə 34 yaşlı kişi naməlum şəraitdə bıçaqlandı

 Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Ərəş küçəsində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü şəhər sakini Rəsulzadə Vüsal Yaşar oğlunaməlum şəraitdə bıçaqlanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbi və kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Mingəçevir şəhərində yaşayış binasında yanğın olub.
Xəbər 412 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR