Mingəçevirdə 19 yaşlı gənc bıçaqlandı

Mingəçevirdə 19 yaşlı gənc bıçaqlandı

Mingəçevirdə  19 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb

ONA-nın Mingəçevir bürosunun məlumatına görə,  günorta saatlarında  şəhər mərkəzində  Sərxan Rüstəm oğlu Muradovu bıçaqlamaqda  şübhəli bilinən İsmayıllı rayon sakini Ülvi Əhmədov Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Saxlanılan şəxs ilkin dindirilmə zamanı hadisəni şəxsi münasibətlər zəminində törətdiyini etiraf edib.


Faktla bağlı araşdırma aparılır.
 
***

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, bu gün günorta saatlarında şəhər ərazisində mübahisə və münaqişə zəminində 2000-ci il təvəllüdlü Sərxan Rüstəm oğlu Muradov bıçaqlanıb. Ağır xəsarət alan gənc xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbləri araşdırılır.
Xəbər 441 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR