Milli Parkda intihar faktı

Milli Parkda intihar faktı

Bakıda bir nəfər Milli Parkda intihara cəhd edib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km sola nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.

Dərhal FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Həmin şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

// Aktual.az

Xəbər 604 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR