Mikroavtobus qəzaya düşdü - 4 yaralı

Mikroavtobus qəzaya düşdü   - 4 yaralı

Şəkidə mikroavtobus qəzaya uğrayıb.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün Baş Göynük-Şəki avtomobil yolunda qeydə alınıb. “Ford” markalı mikroavtobus idarəetməni itirərək aşıb. Nəticədə mikroavtobusda olan 4 nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, yaralılardan 1972-ci il təvəllüdlü Mehman Vahid oğlu Əliyev xəsarəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralılar – 1966-cı il təvəllüdlü Mahirə Zahir qızı Oqurxanova və onun azyaşlı övladı, 2007-ci il təvəllüdlü Valentina xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər.

Yaralılardan Elmira Cəlal qızı Abdulkərimova xəsarətləri yüngül olduğundan ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada xəsarət alanların hamısı Baş Göynük kənd sakinləridir. Qəzaya düşən mikroavtobus isə rayon mərkəzindən Baş Göynük kəndinə sərnişin daşıyırmış.

Aktual.az

Xəbər 406 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR