Mərkəzi Nəbatat Bağında yanğın baş verdi

Mərkəzi Nəbatat Bağında yanğın baş verdi

Bu gün saat 13:30 radələrində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağında yanğın baş verib. 

AMEA-dan Aktual.az-a verilən məlumata görə, yanğın nəticəsində bağın təxminən 15 sota yaxın ərazisində, ağac olmayan açıq və quru otluq sahəsi yanıb.

Məlumatda deyilir ki, Müdafiə Nazirliyinin bağın yaxınlığında yerləşən ərazisindən başlayan yanğın hava küləkli olduğuna görə qısa müddətdə digər ərazilərə də yayılıb. Mərkəzi Nəbatat Bağının kollektivi səfərbər edilərək yanğını söndürməyə çalışıblar. Eyni zamanda, əraziyə çağrılmış Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yanğının qarşısı alınıb.

Sözügedən hadisə nəticəsində bağın yaşıllıq zolağına heç bir zərər dəyməyib. 

Xəbər 455 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR