Mərkəzi Bank rəqabət mühitini necə pozub? Ekspert şərhi

Mərkəzi Bank rəqabət mühitini necə pozub?  Ekspert şərhi

"Mərkəzi Bank həm Kapital Banka, həm də Beynəlxalq Banka xüsusi dəstək verib. Halbuki digər banklar xırda istisnalarla həmişə belə dəstəkdən kənarda qalıblar". 

Aktual.az xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Samir Əliyev deyib. O qeyd edib ki, bu bank sektorunda rəqabət mühitinin pozulması üçün əsasdır:

"Kapital Bank ASC 2013-2014-cü illərdə borc qiymətli kağızları buraxıb. Bu kağızların alıcısı hər dəfə Mərkəzi Bank olub. Mərkəzi Bank 2013-cü ildə 133,026 milyon manatlıq, 2014-cü ildə isə 144,2 milyon manatlıq istiqraz alıb. Məlumat üçün deyim ki, satış Bakı Fond Birjasından kənar aparılıb.

Ümumiyyətlə götürdükdə Mərkəzi Bank həm Kapital Banka, həm də Beynəlxalq Banka xüsusi dəstək verib. Halbuki digər banklar xırda istisnalarla həmişə belə dəstəkdən kənarda qalıblar. Bu isə bank sektorunda rəqabət mühitinin pozulması üçün əsasdır".

Aktual.az

Xəbər 1528 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR