Mənzil bazarında qiymətlər ucuzlaşıb

Mənzil bazarında qiymətlər ucuzlaşıb

Cari ilin III rübündə mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 1,4% ucuzlaşıb.

Aktual.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə ilkin mənzil bazarında qiymətlərdə 0,1% bahalaşma, təkrar mənzil bazarında isə 1,4% ucuzlaşma müşahidə olunub.

Statistikaya əsasən, cari ilin sentyabr ayında mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 2,1%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,5% bahalaşıb, emal sənayesi üzrə 0,5% ucuzlaşıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı üzrə isə qiymətlərdə dəyişiklik baş verməyib. Ümumilikdə sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,7% bahalaşıb.

Xəbər 645 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR