Millimiz bu gün Ermənistanla qarşılaşacaq

Millimiz bu gün Ermənistanla qarşılaşacaq
  • İDMAN

Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizə davam edir.

Aktual.az xəbər verir ki, Azərbaycan yığmaları bu gün turnirdə 7-ci tur çərçivəsində növbəti oyunlarına çıxacaqlar.

Kişilərdən ibarət Azərbaycan millisi Yunanıstan seçməsi ilə qarşılaşacaq.

Qadın şahmatçılarımız isə Ermənistan yığması ilə üz-üzə gələcəklər.

Azərbaycanın kişi komandası 6 turdan sonra 10 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Qadınlardan ibarət yığmamız da 6 turdan sonra 10 xal toplayaraq 9-cu sırada yer alıb.
Xəbər 43 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR