Pentaqon: İranla münaqişə zamanı 19 ABŞ hərbçisi ölüb, 820-si yaralanıb

Pentaqon: İranla münaqişə zamanı 19 ABŞ hərbçisi ölüb, 820-si yaralanıb
  • DÜNYA

ABŞ-ın Müharibə Nazirliyinin yenilənmiş məlumatlarına əsasən, İranla münaqişə zamanı həlak olan ABŞ hərbçilərinin sayı 19 nəfərə çatıb.

Aktual.az xəbər verir ki, Pentaqonun xüsusi portalında yer alan məlumatlara görə, onlardan 14-ü "Epik qəzəb” ("Epic Fury”) əməliyyatı zamanı döyüşlərdə həlak olub.

Daha 5 hərbçi, o cümlədən sonuncu itki, "xarici əməliyyatlar” kateqoriyasında göstərilib.

Pentaqonun məlumatına görə, İranla münaqişə zamanı müxtəlif dərəcəli xəsarətlər alan ABŞ hərbçilərinin sayı isə 820 nəfərdir.
Xəbər 30 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR