Mənə Qazaxıstanda çevriliş təşkil etmək təklif olunmuşdu - Japarov

Mənə Qazaxıstanda çevriliş təşkil etmək təklif olunmuşdu - Japarov
  • DÜNYA

Qırğızıstan Prezidenti Sadır Japarov qazaxıstanlı oliqarx Muxtar Ablyazovun 2020-ci ildə ona Qazaxıstanda dövlət çevrilişi təşkil etməyi təklif etdiyini bildirib.

Aktual.az xəbər verir ki, Japarov bu barədə "Super.kg” nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Ablyazovla telefon söhbəti 2020-ci ildə baş tutub:

"O, qırğızların üçüncü inqilabı həyata keçirməsini tərifləyirdi. Qazaxıstanda inqilab təşkil etmək üçün Bişkekə gələcəyini deyərək məndən kömək istədi. Cavab verdim ki, qonşu ölkələrin siyasətinə qarışmıram və Qazaxıstanla münasibətləri korlamayacağam”. (modern.az)
Xəbər 67 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR