Rusiya hökumətində yerdəyişmələr olacaq

Rusiya hökumətində yerdəyişmələr olacaq
  • DÜNYA

Rusiya prezidenti Vladimir Putin Baş nazir Mixail Mişustinin hökumətdə yerdəyişmələrin aparılması ilə bağlı təklifini dəstəkləyib.

Aktual.az-ın xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Görüşdə ölkənin sosial-iqtisadi inkişafı üçün mühüm məsələlərlə yanaşı, Baş nazir dövlət başçısına hökumətdə yerdəyişmələrlə bağlı təkliflərini irəli sürdü. Prezident Putin bu təklifləri dəstəklədi”,- Peskov qeyd edib.

Rusiya konstitusiyasına görə, hökumətdaxili vəzifələrə yeni namizədlər təsdiq üçün Dövlət Dumasına da təqdim edilməlidir.
Xəbər 80 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR