"İlin sonuna kimi gözləyirik ki, əfv olacaq, ancaq biz də dəqiq bilmirik. Çünki Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası hələ toplanmayıb. Amma cari ilin sonunda əfv sərəncamının olması ehtimalı var. İstəyərəm, hamısı əfvə düşsün, bir siyasi məhbus belə qalmasın, biz də rahat oturaq, sadə vətəndaşların işlərinə baxaq. Bilirsiniz ki, qanunu pozan çox məhkəmələr olur, tək siyasi məsələdə deyil, ayrı məsələlərdə də çox adamların hüquqları pozulur”.
Aktual.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
N.Cəfəroğlu Avropa Parlamentinin qəbul etdiyi qətnamədə məhbusların azadlığa buraxılmasına görə etdiyi çağırışa da münasibət bildirib: "Avropalılar başa düşməlidirlər ki, onların bizə münasibəti necədirsə, bizim də onlara münasibətimiz o cürdür. Avropa Parlamenti, Avropa İttifaqı daim Azərbaycana neqativ, yanlış davranıb. 30 ildir, insan haqlarının pozulmasını görürük. Hazırki dövrdə minlərlə insan mina qurbanı olur, bu insan haqlarının pozulması deyil? Şəhərlər minaların üzərindədir. Amma onlara qarşı bir tədbir belə görmürlər, nəisə etmirlər. Avropa ilə sözsüz ki, danışıqlara getməliyik, danışmalıyıq, amma onların bizə münasibətini görəndə dövlətimiz də onların sözünə baxmır, onların dediyi ilə hərəkət etmir. Biz istəyirik ki, siyasi məhbus məsələsi Azərbaycanda qurtarsın, ancaq onun-bunun sözünə görə, Avropanın diktəsi ilə deyil”.
Xəbər 85 dəfə oxunub.