Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 224 milyon 30 min ABŞ dolları dəyərində 1 milyon 44 min 835,35 ton buğda idxal edib.
Aktual.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən buğdanın dəyəri 35,4 milyon ABŞ dolları və yaxud 18,8 %, həcmi isə 166,1 min ton və yaxud 18,9 % artıb.
Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,6 %-ni təşkil edib.
9 ayda Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu ötən ilin eyni dövrünə nisbətən 5,2 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,3 % artıb, idxal isə 20,4 % azalıb.
Son nəticədə xarici ticarətdə 10 milyard 519 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,7 dəfə çoxdur.
Xəbər 83 dəfə oxunub.