Məmmədyarov Çavuşoğluna başsağlığı verdi

Məmmədyarov Çavuşoğluna başsağlığı verdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktı ilə əlaqədar Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna başşağlığı məktubu ünvanlayıb.

Azərbaycan XİN-in mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, məktubda nazir həlak olmuş şəxslərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib və yaralananlara, xəsarət alanlara Allahdan şəfa diləyib. E. Məmmədyarov məktubda bu acı gündə Türkiyə xalqının dərdini bölüşdüyünü bildirib və törədilmiş qəddar terror aktını qəti şəkildə pisləyib.

 
Xəbər 471 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR