Maşın yolu keçmək istəyən piyadanı vurdu

Maşın yolu keçmək istəyən piyadanı vurdu

Xətai rayonunda yol qəzası baş verib.

Aktual.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Fəhlə prospektində qeydə alınıb. “KİA” markalı avtomobil yolu keçmək istəyən piyada Tofiq Məhərrəmovu vurub.

Yaralı təcili tibbi yardım avtomobili ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti stabildir.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib. 

Araşdırmalar davam edir. 

Aktual.az

Xəbər 422 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR