Maşın məktəblinin ayağını qırdı

Maşın məktəblinin ayağını qırdı

Gəncənin Nəriman Nərimanov prospektində yol qəzası baş verib.

Aktual.az Kəpəz TV-yə istinadən bildirir ki, Gəncə şəhər 31 saylı tam orta məktəbin şagirdi, 14 yaşlı Rəsul Əsgərzadə yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, məktəblinin sol bud sümüyü sınıb, hazırda vəziyyəti stabildir. Faktla bağlı araşdırma aparılır.

Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR