Maşın ikiyə bölündü, 3 nəfər öldü

Maşın ikiyə bölündü, 3 nəfər öldü

Avqustun 30-u gecə saatlarında Tovuzda dəhşətli qəza baş verib.

Kəpəz TV (Region TV) xəbər verir ki, hadisə zamanı 3 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb. Rayonun Xatınlı kəndi ərazisində qeydə alınan ağır qəzada sürücü idarə etdiyi "Mercedes"in sükanına hakim ola bilməyərək əvvəlcə onu işıq dirəyinə, daha sonra isə qoşquya çırpıb. Zərbənin gücündən dirək qırılaraq yol kənarına aşıb, avtomobil isə iki hissəyə parçalanıb.

Kənd sakinləri hadisənin yüksək sürət nəticəsində baş verdiyini bildirib. Qəza zamanı avtomobildə olan 4 nəfərdən 3-ü - 33 yaşlı Ehtiram Quliyev, 17 yaşlı Murad Əliyev və Rəsul Əlioğlu xəstəxanaya çatdırılarkən yolda dünyalarını dəyişiblər, 26 yaşlı İbrahim Əsədov isə ağır yaralanıb. Sakinlərin bildirdiyinə görə, gənclər qohumlarının toyuna hazırlaşırmışlar.

Faktla bağlı araşdırma aparılır.

/ Aktual.az

Xəbər 703 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR