Maşın elektrik dirəyinə çırpıldı - Sürücü yaralandı -Foto

Maşın elektrik dirəyinə çırpıldı - Sürücü yaralandı   -Foto

Ağdam rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə axşam saatlarında rayonun Əfətli kəndi ərzisində qeydə alınıb.

Azktual.az anspress-ə istinadən xəbər verir ki, 20 yaşlı kənd sakini Cəmaləddin Heydərovun idarə etdiyi avtomobili elektrik dirəyinə çırpılıb. Nəticədə, sürücü xəsarət alıb. 

Ağdam MRX-da ilkin yardım göstərildikdən sonra yaralı Bərdəyə gətirilib. Bərdə MRX-dan əldə etdiyimiz məlumata görə zərbə nətcəsində qapalı kəllə beyin travması alan Cəmaləddin Heydərovun vəziyyəti orta ağırdır. 

Qapalı kəllə beyin travması alan yaralının vəziyyəti orta ağır qiymətləndirilir

Xəstənin müalicəsi həkim-nevropotoloqun nəzarəti altında davam etdirilir. Hadisəylə bağlı araşdırma aparılır. Hadisənin dəqiq baş vermə səbəbi də araşdrımalardan sonra məlum olacaq.





Aktual.az

Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR