Masallı sakini odlu silahdan açılan atəş nəticəsində yaralanıb

Masallı sakini odlu silahdan açılan atəş nəticəsində yaralanıb

Masallı rayon sakini odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

"Report”un Cənub Mərkəzinin məlumatına görə, 1985-ci il təvəllüdlü Köhnə Alvadı kənd sakini İbişov Rafael Valeh oğlu odlu silahla ehtiyatsız davranaraq, özünə atəş açıb.
Döş qəfəsindən yaralanan R.İbişov Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq, cərrahi əməliyyat olunub. Hazırda Reanimasiya şöbəsinə köçürülən yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 370 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR