Maliyyə Nazirliyi: II rübdə 22 dövlət müəssisəsi monitorinq edilib

Maliyyə Nazirliyi: II rübdə 22 dövlət müəssisəsi monitorinq edilib

Bu ilin II rübündə Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi dövlət müəssisələrində şəffaflığın və maliyyə intizamının artırılması, fiskal risklərin daha səmərəli idarə olunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 22 dövlət müəssisəsinin monitorinqini başa çatdırıb.

Aktual.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, ölkə Prezidentinin 29 dekabr 2025-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Monitorinq Qaydalarına uyğun olaraq həyata keçirilən monitorinqin nəticələri üzrə hesabat hazırlanaraq təqdim edilib.

Monitorinq zamanı dövlət müəssisələrinin maliyyə nəticələri və fəaliyyət göstəriciləri təhlil olunub, onların fəaliyyəti nəticəsində yarana biləcək fiskal risklər müəyyən edilib və müəssisələr müvafiq fiskal risk reytinqlərinə uyğun olaraq təsnifləşdirilib.

Yeni monitorinq mexanizminin tətbiqi dövlət müəssisələrinin maliyyə vəziyyəti və fəaliyyət göstəriciləri barədə sistemli məlumat bazasının formalaşdırılmasına, fiskal risklərin erkən mərhələdə müəyyənləşdirilməsinə və idarəetmə qərarlarının daha dolğun maliyyə məlumatları əsasında qəbul edilməsinə imkan yaradır.

Monitorinqin əhatə dairəsi mərhələli şəkildə genişləndirilir. Belə ki, 2026-cı ilin I rübündə 10 dövlət müəssisəsi monitorinqə cəlb edildiyi halda, II rübdə bu göstərici 22 dövlət müəssisəsinə çatdırılıb. Növbəti rüblərdə monitorinqə cəlb olunan dövlət müəssisələrinin sayının daha da artırılması nəzərdə tutulur.

Monitorinq mexanizminin mərhələli şəkildə genişləndirilməsi dövlət müəssisələrinin maliyyə fəaliyyətini daha sistemli qiymətləndirməyə, fiskal riskləri vaxtında müəyyənləşdirməyə və dövlət aktivlərinin idarə edilməsinin səmərəliliyini artırmağa xidmət edir.
Xəbər 63 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR