İngiltərənin göz xəstəlikləri üzrə mütəxəssisləri linza istifadəçilərinə xəbərdarlıq ediblər.
Nadir rastlanan və korluğa səbəb olan infeksiyaya səbəb olan göz linzalarından istifadə edərkən gigiyenik qaydalara mütləq riayət etmək lazımdır.
Londondakı Morfilds Göz Xəstəxanasının həkimlərinin rəyinə əsasən, qarşısı alına bilən xəstəlik sayılan "Acanthamoeba keratitis" adlı infeksiya gözün ön hissəsində iltihab yaradır. Bu təhlükəyə ən yaxın isə linza istifadəçiləri hesab olunur.
Bildirilir ki, linzaları çıxararkən və taxarkən gigiyenik qaydalara əməl olunmalıdır. Linzayla birlikdə duş qəbul etmək və ya suda üzmək də risklidir.
İnfeksiyaya məruz qalan xəstələr görmə qabiliyyətini 25 faiz itirə və ya tamam kor ola bilərlər.///publika.az
Aktual.az
Xəbər 1177 dəfə oxunub.