Lənkəranda iki yük avtomobilli toqquşub, xəsarət alan var

Lənkəranda iki yük avtomobilli toqquşub, xəsarət alan var

Lənkəranda iki yük avtomobili toqquşub, sürücülərdən biri ağır xəsarət alıb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının Bürcəli kəndindən keçən hissəsində baş verib.
Belə ki, əsas yola çıxan "KamAZ" markalı yük avtomobili "ZİL" markalı avtomobillə toqquşub. Nəticədə "ZİL" yol kənarındakı ağaca çırpılıb. 
Qəza zamanı "ZİL"in sürücüsü, Parakənd kənd sakini Elxan Qasım oğlu Həsənov ağır bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan sürücü Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR