“Lada” “Kamaz”la toqquşdu — 3 yaralı + FOTOLAR

“Lada” “Kamaz”la toqquşdu   — 3 yaralı + FOTOLAR

Gəncə-Şəmkir avtomobil yolunda xəsarətlə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib.

Aktual.Az-ın APA-ya istinadən məlumatına görə, “Lada Priora” markalı avtomobil eyni istiqamətdə hərəkət edən “Kamaz” markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində ağır xəsarət alan 3 nəfər, 1 qadın və 2 kişi Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər 516 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR