Laçında həlak olan hərbçilər dəfn edildi (FOTOLAR)

Laçında həlak olan hərbçilər dəfn edildi (FOTOLAR)

Laçın rayonunda şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu dəfn edilib.

"Report”un xəbərinə görə, şəhidlər Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhidlərin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və qəsəbə sakinləri iştirak edib.
 
 16:22

Laçın rayonunda şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlunun nəşi Sumqayıt şəhərində yaşadıqları ünvanlara gətirilib.

"Report”un xəbərinə görə, hazırda hərbçilərlə vida mərasimi keçirilir.

Mərasimdə şəhidlərin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və qəsəbə sakinləri iştirak edir.

Vida mərasimindən sonra şəhidlər Sumqayıt Şəhidlər Xiyabanında dəfn ediləcək.

Qeyd edək ki, iyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. "KamAZ" markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.
Xəbər 565 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR