Koronavirusa yoluxmuş Serdar Ortaçdan xəbər var

Koronavirusa yoluxmuş Serdar Ortaçdan xəbər var

Çinin Vuhan şəhərində ortaya çıxan və təxminən iki ildir həyata mənfi təsir edən koronavirus televiziya və sənət dünyasının məşhur adlarını da yoluxdurdu.

Qaynarinfo xəbər verir ki, türk müğənni Serdar Ortaçın da testi müsbət çıxıb. Ötən aylarda koronavirusa qarşı iki dozadan peyvənd alan məşhur müğənni səhhəti ilə bağlı açıqlama verib:

"5 gündür ki, koronavirusa yoluxmuşam. İki dozada peyvənd olunmuşam. Düşünürəm ki, peyvənd olmasaydı, daha pis olardı. Çünki ağciyərlərimə düşdü. Danışanda çox əziyyət çəkirdim. Həm də nəfəs almaq çətindir. Diqqətimizi itirməsək daha yaxşı olar. Hər kəsi peyvənd olunmağa çağırıram. Bütün xəstələrə tezliklə şəfa diləyirəm”.

Qeyd edək ki, sənətçi xroniki xəstəliyi səbəbindən prioritet qrupda idi.
Xəbər 856 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR