“Oskar” ödüllü tanınmış azərbaycanlı aktyor vəfat etdi

“Oskar” ödüllü tanınmış azərbaycanlı aktyor vəfat etdi

Sovet və Rusiya aktyoru, kinorejissor, ssenarist, prodüser, RSFSR Xalq artisti Vladimir Menşov 81 yaşında vəfat edib. 

Aktual.az xəbər verir ki, bir qədər əvvəl onun koronavirusa yoluxaraq ağır xəstələndiyi bildirilmişdi.

Bazar ertəsi səhər "Mosfilm” kino konserni Vladimir Menşovun ölümünü elan edib. Rejissor kinostudiyanın idarə heyətinin üzvü idi.

"Bütün yaradıcılıq enerjisini və parlaq istedadını doğma kinostudiyasına verən əziz dostumuz – "Mosfilm” işçisini itirdik", - bildirişdə deyilir. Həm də kino konsernində Menşov həqiqətən xalq rejissoru seçilmişdi.

Xatırladaq ki, Vladimir Menşov "Moskva göz yaşlarına inanmır" (1981) filmi ilə "Oskar” mükafatını qazanıb. Həm də tamaşaçılar onun "Şirli-Mirli", "Eşq və göyərçinlər", "Zarafat" filmlərini sevirlər.

Menşov 17 сентября 1939-cu ildə Bakıda doğulub.
Xəbər 676 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR