Müdafiə naziri general-polkovnik Zakir Həsənov Xocavənddə Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə çıxış edib.
Aktual.az xəbər verir ki, nazir çıxışında belə təlimlərin orduların inkişafında mühüm rol oynadığını bildirib.
Zakir Həsənov təlimlərin şəxsi heyətin peşəkarlığının yüksəldilməsinə, qarşılıqlı təcrübə mübadiləsinə, eləcə də sülh və sabitliyin təmin olunmasına töhfə verdiyini vurğulayıb.
General-polkovnik qeyd edib ki, birgə təlimlər zamanı hərbi qulluqçuların qarşılıqlı fəaliyyətinin və bölmələr arasında uzlaşmanın gücləndirilməsi, müxtəlif tapşırıqların vahid yanaşma əsasında icrası üçün praktiki imkanlar yaranır.
Xəbər 49 dəfə oxunub.