Kreml: Rusiyaya Ukrayna ilə atəşkəs yox, sülh lazmdır

Kreml: Rusiyaya Ukrayna ilə atəşkəs yox, sülh lazmdır
  • DÜNYA

"Qara dənizdəki vəziyyət xüsusidir. Rusiya Ukraynanın Qara dənizdəki hücumlarına cavab verir".

Aktual.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Ukrayna bunun bədəlini ödəməlidir, artıq ödəyir və ödəməyə davam edəcək.

Peskov qeyd edib ki, Rusiya xüsusi hərbi əməliyyatı davam etdirir və Kiyevə dəniz yolu ilə hərbi sursat və yanacaq tədarükünü tamamilə dayandırmaq istəyir.,

Eyni zamanda, Kremlin sözçüsü Moskvanın həmişə danışıqlara açıq olduğunu, lakin Rusiyanın Ukrayna ilə atəşkəs yox, sülhə ehtiyacı olduğunu bir daha vurğulayıb.

O, Kiyevin indiyə qədər kompleks razılaşmalara meyl göstərmədiyini söyləyib.
Xəbər 47 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR