Azərbaycanlı müğənni israilli münsifləri heyrətləndirdi (VİDEO)

Azərbaycanlı müğənni israilli münsifləri heyrətləndirdi (VİDEO)

Azərbaycan əsilli ifaçı Kama Kamila İsraildə keçirilən "X Factor Israel” yarışmasına qatılıb.

O, səsləndirdiyi kompozisiyası ilə münsifləri heyrətə gətirib. Kamilanın ifasını daha çox  Avroviziya 2018-in qalibi Netta Barzilay bəyənib.

Kama Kamila mahnını ingilis və yəhudi dillərində ifa edib.

Sənətçi illər əvvəl İsrailə köçərək orada yaşamağa başlayıb. O, İsraildə ingilis, yəhudi və Azərbaycan dillərində ifa etdiyi mahnıları ilə tanınır. 

Xatırladaq ki,"X Factor Israel” yarışmasının qalibi İsraili 2022-ci ildə keçiriləcək Avroviziya müsabiqəsində təmsil edəcək.

Xəbər 339 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR