İtkin düşmüş şəxsin dəniz kənarında meyiti tapılıb - FOTO

İtkin düşmüş şəxsin dəniz kənarında meyiti tapılıb - FOTO

Sumqayıtda meyiti tapılan şəxsin bir müddət əvvəl itkin düşmüş, 1990-cı il təvəllüdlü Pərviz İlqar oğlu Quliyev olması müəyyən edilib.

ONA-nın məlumatına görə, P. Quliyev fevralın 22-də metronun "Azadlıq" stansiyası yaxınlığında itkin düşüb.
Onun itkin düşməsi barədə yaxınları sosial şəbəkələrdə məlumat paylaşıblar.
 

***
 
Sumqayıt şəhərində dəniz kənarından kişi meyiti tapılıb.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, şəhərin dənizkənarında, "Mayak" adlanan ərazidə asılmış kişi meyiti aşkarlanıb.
Aparılan araşdırmalar nəticəsində meyiti tapılan şəxsin, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Pərviz Quliyev olması müəyyən edilib.
Meyit müayinə olunmaq üçün ekspertizaya təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. 
Xəbər 452 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR