İtkin düşən şəxs öldürülərək basdırıldı - Açıqlama

İtkin düşən şəxs öldürülərək basdırıldı   - Açıqlama

Daxili İşlər Nazirliyi fevralın 25-də itkin düşən Gəncə şəhər sakininin öldürülərək basdırıldığı barədə məlumat yayıb.


Aktual.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 2-də Göygöl RPŞ-yə fevralın 25-də itkin düşmüş Gəncə şəhər sakini Eldar Əliyevin rayonun Balçılı kəndində küt alətlə qətlə yetirilib basdırılması barədə məlumat daxil olub.

E.Əliyevin meyiti eksqumasiya edilib.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Balçılı kənd sakinləri Cavid Cəfərov və Cinayət Məcəlləsinin 144 və 182-ci maddələri ilə axtarışda olan Qoçu Kərimov tutulub, digər 2 nəfər isə müəyyən edilib.

Araşdırmalar aparılır.

Xəbər 456 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR